Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişin daşımaları İsveçrənin məşhur "Stadler Rail Group" şirkətinin istehsalı olan müasir qatarla həyata keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, qatarda rahat yataq vaqonları və restoran mövcuddur. Bir istiqamətdə 200-dən çox sərnişin daşına bilər.
Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.
Yeni sərnişin daşımaları mayın 26-dan başlayacaq.












