Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sıxlıq aşağıdakı ünvanlarda qeydə alınıb:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.












