Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantıları çərçivəsində 10 üzv ölkə, regional institutlar və özəl sektor şirkətləri ilə ümumi dəyəri 6 milyard ABŞ dolları olan 67 saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bunu İİB Qrupunun prezidenti Məhəmməd Əl-Casir yekun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İİB həmçinin 9 üzv ölkədə enerji təhlükəsizliyi, ərzaq sistemləri, iqlimə davamlılıq və dayanıqlı inkişafı dəstəkləyən 9 layihə üçün 2.8 milyard ABŞ dolları həcmində yeni maliyyələşdirməni təsdiqləyib.












