Bond.az White LogoBond.az Black Logo

Bakıda dörd avtomobil toqquşub: Yaralıların vəziyyəti açıqlandı

Bakıda zəncirvari qəza: dörd avtomobil toqquşub, üç nəfər xəsarət alıb. Yaralıların vəziyyəti açıqlanıb.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə iyulun 2-də saat 19:50 radələrində Qara Qarayev prospektində qeydə alınıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub. Yaralılar - iki qadın və bir kişi müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər tərəfindən zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan iki nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə yazılı imtina əsasında tibbi yardımdan imtina edib.

DYPİ-nin baş inspektoru Rüstəm Əhmədlinin sözlərinə görə, qəzaya dörd avtomobil - "Chevrolet", "Ford", "Hyundai" və "Changan" markalı nəqliyyat vasitələri səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Bu gün / 15:31
|
454

Şimal-Cənub dəhlizində yeni mərhələ

ADY sədri Rusiyada RJD və İran dəmiryolu rəhbərləri ilə görüşüb, Şimal-Cənub dəhlizinin inkişafı müzakirə olunub.

0
Bu gün / 15:30
|
484

Salyan-Bakı yolunda qəza: qadın sürücü xəsarət aldı

Salyan-Bakı yolunda Chevrolet markalı avtomobil qəzaya uğrayıb, qadın sürücü xəsarət alıb. Hadisə Çuxanlı kəndində baş verib.

0
Bu gün / 14:34
|
755

Bakıda 3 marşrut üzrə avtobusların istiqaməti dəyişdirildi

Bakıda Yasamal rayonunda təmir işləri səbəbindən 10, 14 və 18 nömrəli avtobus marşrutlarının istiqaməti müvəqqəti dəyişdirilib. Ətraflı məlumat daxildə.

0
Bu gün / 14:30
|
976

Range Rover-dən 11 min manat oğurlayan sürücüyə hökm

Bakıda Range Rover-dən 11 min manat oğurlayan sürücüyə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verildi.

0
Bu gün / 14:01
|
654

Bakıda velosiped zolağı narazılığı

Bakının Rəşid Behbudov küçəsində velosiped zolağının daralması və istiqamət dəyişikliyi qəza riski yaradır. Vətəndaş AYNA-ya müraciət edib.

0
Bu gün / 14:00
|
542

Psixoloq: Sosial şəbəkələr uşaqları asosiallaşdırır

Psixoloq Fərqanə Mehmanqızı sosial şəbəkələrin uşaqlara təsiri barədə xəbərdarlıq edib: asosiallıq, hərəkətsizlik və fiziki problemlər.

0
Bu gün / 13:31
|
493

Sosial şəbəkələr uşaqları ekrandan qoparacaq

Sosial şəbəkələrin uşaqlara təsiri və onları ekrandan qoparan 'Uşaqlıq Offline' cizgi filmi haqqında məlumat.

0
Bu gün / 13:31
|
334

Coratda dənizdə boğulma: bir ölü

Sumqayıtın Corat qəsəbəsində dənizdə boğulma hadisəsi: bir nəfər xilas edildi, bir qadının meyiti tapıldı.

0
Bu gün / 13:03
|
528

Tarixi binanın damı qəzalı vəziyyətdədir

Bakının Səbail rayonunda XIX əsr tarixi binanın damı qəzalı vəziyyətdədir. Sakinlər təmir olunmayan damdan şikayətçidir.

0
Bu gün / 13:00
|
839

Binəqədidə ağac budaqları işıqforu gizlədir

Binəqədidə ağac budaqları işıqforu görünməz edib, sürücülər çətinlik çəkir. DİN monitorinq aparıb, 48 işıqfor siyahıya alınıb.

0
Bu gün / 10:01
|
994

Xətai sakinlərinin lift problemi: beş ildir vəd, nəticə yox

Xətai rayonunda 5 ildir işləməyən lift sakinləri çətin vəziyyətdə qoyub. RİH ilin sonuna kimi təmir vəd edir.

0
Bu gün / 09:17
|
226

Şəhid Dəyanət Musayev dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşən Dəyanət Musayev Ucar rayonunda dəfn olundu.

0
...
Bakıda dörd avtomobil toqquşub: Yaralıların vəziyyəti açıqlandı | Bond.az