Tokyo Drift Azərbaycan tədbirinə bir gün qalmış Bakıda, Səməd Vurğun küçəsindəki qapalı dayanacaqda səs-küylü məşq prosesi baş tutub.
Oxu.Az xəbər verir ki, məşqlər dinamik olub və şəhər sakinlərinin marağına səbəb olub.
Güclü mühərriklərin səsi və həyəcan dolu drift-şou hər kəsi heyrətləndirib.
Bu gün yaranan maraq bir daha göstərir ki, iyulun 4-də Bakıda hər şey daha böyük, daha fərqli və unudulmaz olacaq. Tokio küçələrinin yeraltı gecə həyatından ilhamlanan tədbir iştirakçılara özlərini Yaponiyada kimi hiss etdirəcək.
Sürət, xüsusi işıqlandırma effektləri, musiqi və maşınların harmoniyası paytaxt sakinlərinə əsl adrenalin partlayışı yaşadacaq.
Tədbirin rəsmi proqramı sabah saat 18:00-da başlayacaq. Saat 20:00-da əsas drift-şou, saat 21:00-da isə afterparty keçiriləcək.
Biletlər iTicket.az platforması və şəhər kassalarında satılır.












