2026-cı il mayın 20-də QHT Agentliyi və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Bakının mərkəzində milli geyim gəzintisi keçirilib.
Aksiya WUF13 çərçivəsində baş tutub və yerli sakinlərlə yanaşı, xarici qonaqların da böyük marağına səbəb olub.
Fondun sədri Sevda Tahirli bildirib ki, gəzinti Qız qalasından başlayaraq İçərişəhər, Natəvan heykəli, Dənizkənarı Milli Bulvar, Xəqani bağı, Fəvvarələr Meydanı və Sabir heykəli marşrutu üzrə davam edib.
Onun sözlərinə görə, tədbirin məqsədi milli irsi tanıtmaq və milli geyimlərə, kəlağayılara marağı artırmaqdır. Tahirli həmçinin qeyd edib ki, WUF13 və Müstəqillik günü ərəfəsində bu tədbirin xüsusi rəmzi mənası var.












