Bakıda avtomobillərin sayı artdıqca parkinq problemi daha da kəskinləşir. Sürücülər boş yer tapmaqda çətinlik çəkirlər.
Parkinqlərdə ödənişsiz dəqiqələr yoxdur. Qiymətlər 3 manatdan 25 manatadək dəyişir.
Yeni yaşayış komplekslərinin ətrafında avtomobillər səkilərdə, yol kənarlarında saxlanılır. Bu artıq adi hala çevrilib.
Ekspertlər deyir ki, çoxmərtəbəli parkinqlərin olmaması əsas problemdir. Bəzi binalarda yeraltı qarajlar olsa da, onların tutumu sakinlərin ehtiyacını qarşılamır.
Ekspert Adil Nəbiyev bildirib ki, mənzillərin sayı ilə dayanacaqların sayı arasında uyğunsuzluq var. Problemin həlli üçün əlavə tədbirlər lazımdır.












