Bond.az White LogoBond.az Black Logo

Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirildi

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirildi. 8 ölkədən nümayəndələr iştirak etdi.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutub.

Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə "Naxçıvan Sazişi" ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırkı sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil edilib.

Müzakirələrdə 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikir mübadiləsi aparıblar.

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Qeyd edək ki, son altı ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

Digər Xəbərlər
Bu gün / 01:00
|
482

İtmiş əşyanı qaytaranda bəxşiş tələb etmək olar?

İtmiş əşyanı qaytaranda bəxşiş tələb etmək olar? Mülki Məcəlləyə əsasən, tapan şəxs 5%-ə qədər bəxşiş tələb edə bilər.

0
Dünən / 22:00
|
999

Qubada kənd yolu yararsız: 700 sakin çətinlikdə

Qubada leysan yağışları səbəbindən Əspərəsti kəndinə gedən yol yararsız hala düşüb, 700 sakin çətinlik çəkir.

0
Dünən / 21:31
|
205

Şuşalı anadan oğlunun qəhrəmanlığı haqda

Şuşalı ana Təranə Tağıyeva oğlu Vasif Tağıyevin Tehrandakı səfirlik hücumunda qəhrəmanlığını danışır. Şuşa həsrəti, ailə dəyərləri və işğal dövrü haqda təsirli müsahibə.

0
Dünən / 20:02
|
454

108 illik şərəf yolu: Ordumuzun parad tarixi

Azərbaycan Ordusunun 108 illik şərəf yolu: ilk hərbi paraddan bu günə qədər. Tarixi anlar, qəhrəmanlıq ənənələri.

0
Dünən / 19:01
|
814

Ordunun qələbəsinin sirri nədir?

2020-ci il Qarabağ Zəfərinin arxasında 20 illik hazırlıq, təlimlər və əsgərlərin fədakarlığı dayanır. Qəhrəman Zaur Hüseynov danışır.

0
Dünən / 17:30
|
946

Əsgərlik müddətinin azaldılması - rəsmi açıqlama

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı rəsmi açıqlama verildi. General-mayor Mürsəl İbrahimov məsələnin hazırda müzakirə olunmadığını bildirib.

0
Dünən / 15:32
|
570

43 gündür bağlı magistral: Bakıya gedənlər çətinlik çəkir

Bakı-Qazax magistralında 43 gündür bağlı olan körpü sürücülərə çətinlik yaradır. Alternativ yollar tıxac və narahatlıq gətirir.

0
Dünən / 15:30
|
315

Bakıda piyada keçidində utancverici mənzərə

Bakıda hava limanı yolundakı piyada keçidində zibil və antisanitar vəziyyət sakinləri narahat edir. Video ilə.

0
Dünən / 15:02
|
665

Qələbəyə gedən yolda nələr yaşandı? - Zəfərimiz dərsliklərdə

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki döyüş yolunu danışır: Zəfərimiz xarici ölkələrin hərbi dərsliklərində yer alır.

0
Dünən / 14:03
|
466

Reseptsiz dərman təhlükəsi: həkimə getmək bahadır

Reseptsiz dərman təhlükəsi haqqında məlumat: sosial şəbəkədə dərman reklamları, həkim məsləhəti olmadan dərman qəbulunun fəsadları və qanuni tənzimləmələr.

0
Dünən / 13:30
|
992

Bakıda küçədə hərəkət qaydası dəyişdi

Bakıda Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət qaydası dəyişdi. Sürücülərin rahat dönüşü üçün 1.11 xətti çəkilib.

0
Dünən / 13:02
|
930

Yay günlərində susuz qalan Lökbatan sakinləri

Lökbatan sakinləri 10 gündür susuz qalıb. Yay aylarında təkrarlanan problemə görə su maşınla sifariş edilir, qiyməti 50-60 manat.

0
...
Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirildi | Bond.az