Bakıda 19 yaşlı tələbə Əsgər Cabbarov imtahan verməyə gedərkən universitetin qarşısındakı xəndəyə düşüb.
Oxu.Az Real TV-yə istinadən xəbər verir ki, onu huşsuz vəziyyətdə tələbə yoldaşları tapıblar.
Əsgər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda ambulator müalicə alır.
Anası Gülsarə Cabbarova bildirib ki, tikinti şirkəti "Caspian Construction" hadisədən sonra onlarla maraqlanmayıb və kompensasiya ödəməyib.












