Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan küçələr:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
- Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.












