Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin təşkilatçılığı, QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu keçirilib.
Forumun panel müzakirəsində tanınmış türkmanşünas Qəzənfər Paşayev Kərkükşünaslıq fakültəsinin yaradılmasını təklif edib.
İraq Türkman Alimlər Birliyinin sədri Nəbil Şahin Kifrili danışıqların icra mərhələsinə keçilməli olduğunu bildirib.
Suriya türkmanlarından Əsəd Arber Həsən texnologiya dəstəkli maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Forum bədii hissə ilə başa çatıb.












