Bakıda üç gölün tullantılardan təmizlənməsi layihəsinə start verilir. Bu barədə İqtisadiyyat Nazirliyinin rəsmisi Günel Quliyeva məlumat verib.
Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Böyükşor, Zığ və Xocəsən gölləri təmizlənəcək. Layihənin məqsədi yaşıl iqtisadiyyatı təşviq etmək və ictimai xidmətləri yaxşılaşdırmaqdır.
2025-ci ildə icrasına başlanılan qrant layihəsi çərçivəsində yeni texnologiyalar tətbiq olunacaq. Bu, Bakının ekoloji vəziyyətini yaxşılaşdıracaq.












