Bakıda yol infrastrukturunun yaxşılaşdırılması üçün növbəti mərhələyə start verilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, paytaxtın 6 rayonunda bir sıra küçə və prospektlərdə kompleks təmir-bərpa işləri aparılacaq.
İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir işlərinə başlanılması planlaşdırılır.
Xətai rayonu: Qədir Məmmədov, Abdulla Rəhimov, Kamandar Rəhimov, Sergey Senyuşkin, Rövşən Əliyev küçələri.
Nizami rayonu: Qara Qarayev prospektində yan yol, Cəmşid Naxçıvanski küçəsi (8-ci km bazarının sağ və sol tərəfi), Əliağa Kürçaylı küçəsi, 4-cü Köndələn küçəsi.
Səbail rayonu: Gülüstan sarayına gedən yol, Şeyx Şamil, Bünyad Sərdarov, Əlibəyov qardaşları küçələri.
Nəsimi rayonu: Abbasqulu ağa Bakıxanov (Rəşid Behbudovdan Ceyhun Hacıbəyliyə qədər), Səməd Vurğun (Füzulidən Bakıxanova qədər), Füzuli (Azadlıqdan Rəşid Behbudova qədər), Asif Məhərrəmov küçələri.
Nərimanov rayonu: Ceyhun Hacıbəyli (Hənifə Ələsgərovdan Mixail Kaveroçkinə qədər), Baksol yolu (Ziya Bünyadovdan Azadlıq prospektinə qədər).
Yasamal rayonu: Hüseyn Cavid prospekti (Seyfəddin Dağlıdan Mikayıl Müşfiqə qədər), Hüseyn Cavid (Landaudan Ə.Haqverdiyevə qədər), Ayna Sultanova, Şeyx Məhəmməd Xiyabani küçələri, Xarici Dairəvi yolun Şamaxı istiqamətində yan yolu.
Təmir işlərinə yaxın günlərdə başlanılması gözlənilir. Məqsəd paytaxt yollarının vəziyyətini yaxşılaşdırmaq, nəqliyyat rahatlığını artırmaq və təhlükəsizliyi təmin etməkdir.












