Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən qaz təchizatı sisteminə dair yeni Qaydalar təsdiqlənib. Sənəd rəsmi olaraq imzalanıb və qüvvəyə minib.
Yeni qaydalara əsasən, prosedurların elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Lakin Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tam tətbiqinədək bəzi addımlar birbaşa, poçt və ya e-poçt vasitəsi ilə icra olunacaq.
Xüsusilə, tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsi prosesi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sistemi üzərindən elektron qaydada təmin ediləcək.












