Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətdə dəyişiklik olub.
Xəstəxananın direktoru Bayram Muradov və müavini Elnur Mahmudov vəzifələrindən ayrılıblar.
Dəyişiklik yeni icraçı direktorun qərarı ilə həyata keçirilib. Hər iki şəxs öz ərizələri ilə vəzifədən azad olunub.
Qurumda struktur yenilənməsinin davam edəcəyi bildirilir.












