Bakının Badamdar qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
"Azərişıq" ASC-dən bildirilib ki, iyulun 3-də Səbail RETSİ ərazisində iməcilik işləri aparılacaq.
Saat 09:00-dan 12:00-dək İqor Ağayev küçəsi və 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik kəsiləcək.
Həmçinin, Pirallahı qəsəbəsində TM-də işlər aparılacaq. 2, 6, 8, 10, 12, 14, 16, 22, 24 nömrəli binalar, Kamil Rzayev küçəsi və Tibb Mərkəzi ərazisi elektriksiz qalacaq.
Nizami RETSİ ərazisində Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək gərginlik olmayacaq.
Xətai RETSİ ərazisində Polad Həşimov və Zeytun küçələrində də eyni vaxtda elektrik kəsiləcək.
Təmir işlərindən sonra enerji təchizatı yaxşılaşacaq.












