Bakıda yerləşən qəbiristanlıqlardan birində torpaq sürüşməsi baş verib.
Hadisə Səbail rayonunun Bibiheybət qəsəbəsində qeydə alınıb.
Mərhum yaxınlarının sözlərinə görə, sürüşmə təxminən iki ay əvvəl baş verib və bəzi qəbir daşları dağılıb.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağışlar səbəbindən qəbiristanlığın bir hissəsində sürüşmə olub.
Zərər görmüş qəbir daşlarının ətrafındakı hasarlar bərpa edilib, təmizlik işləri aparılıb. Dağılmış qəbir daşlarının təmiri davam edir.












