Bu gün saat 10:00-dan etibarən Bakının Xəzər rayonunun Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrində, həmçinin "Binə Sovxoz" adlanan ərazidə qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə bağlıdır.












