2023-cü il iyulun 6-da yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializmə qarşı mübarizə aparan tərəflərə dəstək verir.
BTQ-nin icraçı direktoru Abbas Abbasov Baku TV-yə müsahibəsində bildirib ki, təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik kimi dənizaşırı ərazilərin siyasi hərəkatları ilə sıx əməkdaşlıq edir.
O, həmçinin qeyd edib ki, BTQ qlobal səviyyədə tanınan nüfuzlu QHT-dir və BMT institutları onların hesabatlarına istinad edir. Siqh icması ilə tərəfdaşlıq isə transmilli repressiyaları beynəlxalq müstəviyə çıxarmaq məqsədi daşıyır.












