Bu il Azərbaycanda 116 550 şagird məzun olur. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Məlumata görə, məzunların 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri isə oğlan şagirdləridir.
Qeyd edək ki, bütün dövlət ümumtəhsil müəssisələrində "Son zəng" iyunun 13-də keçiriləcək.












