Nazirlər Kabineti 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq təsdiqləyib.
Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla qiymət 2025-ci illə eyni səviyyədə qalıb.
Prezident İlham Əliyevin 2022-ci il fərmanına əsasən, müasir suvarma sistemləri tətbiq edilən təsərrüfatlarda istehsal olunmuş buğdaya görə istehsalçılara hər tona 100 manat subsidiya verilir.












