Bakıda Bulvar ərazisində skuter icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb.
1965-ci il təvəllüdlü Ələkbər Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub. O, işçilərinə Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib.
Polis əməkdaşları ona irad bildirsə də, o, tələblərə məhəl qoymayıb. Şöbəyə dəvət olunsa da, gəlməyib.
Məhkəmədə peşman olduğunu bildirən sahibkar 150 manat cərimə olunub.












