Cəlilabadın Göytəpə şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir neçə yaşayış məntəqəsinə qaz verilişi dayandırılıb.
Lənkəran Regional Qaz İstismarı İdarəsi bildirib ki, Qurtuluş prospektində fərdi qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib.
Hazırda təmir-bərpa işləri aparılır. İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.












