Deputat Kamal Cəfərov Milli Məclisdə təklif edib ki, cari cərimə balı limiti 30 bala qaldırılsın. Hazırda 20 bal toplayan sürücü sürücülük hüququnu 6 ay itirir.
O bildirib ki, 2016-cı ildən bəri balla qiymətləndirilən xətaların sayı 14-dən 27-yə, ümumi bal dəyəri 54-dən 91-ə yüksəlib. Lakin limit dəyişməyib.
Deputatın sözlərinə görə, indi sürücü sistemdəki balların yalnız 22%-ni toplamaqla hüququnu itirir, halbuki 2016-cı ildə bu nisbət 37% idi. O, limitin artırılmasını məqsədəuyğun hesab edir.












