Çimərliklərin təmiz saxlanması sağlam ekosistem və təhlükəsiz istirahət üçün vacibdir. Şəxsi məsuliyyət, tullantıların çeşidlənməsi, mütəmadi təmizlik aksiyaları və sanitariya qaydalarına riayət əsas vətəndaş məsuliyyətlərindəndir.
Turizm eksperti Rəhman Quliyev bildirib ki, hər bir vətəndaşın borcudur sahillərimizi qorumaq. Azərbaycanın 950 km dəniz sahil xəttinin 200 km-si çimərliklər üçün yararlıdır, 130 km-si istifadə olunur. O vurğulayıb: Çimərliklərimizi təmizləməli, potensialı artırmalıyıq.
Professor Adil Qeybulla qeyd edib ki, suyun sanitar-gigiyenik normalara uyğunluğuna nəzarət edilməlidir. Normaya görə, üç kubmetr suda bir bağırsaq çöpü olmalıdır.
Hüquqşünas Turan Abdullazadə bildirib ki, çirkləndirməyə görə cərimələr var: tütün tullantılarına 300 manat, məişət tullantılarına fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə 4000 manat cərimə tətbiq olunur.
Mənzil-Kommunal Təsərrüfat birlikləri bildirib ki, sahilboyu ərazilərdə konteyner meydançaları yaradılıb, mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan təmizlik qaydalarına riayət etmələri xahiş olunur.











