Daşkəsən rayonunda 30 yaşlı kişini at belində ildırım vurub. Hadisə Çovdar kəndi ərazisində baş verib.
Kəlbəcər sakini B.Kamalov (1996-cı il təvəllüdlü) mal-qara otararkən ildırım çaxıb. Nəticədə kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.












