Bond.az White LogoBond.az Black Logo

Daşqınlar hər il daha ciddiləşir

ADSEA rəsmisi Xəyyam Məmmədov: daşqınlar və güclü yağışlar hər il daha ciddi xarakter alır, iqlim dəyişikliyinə uyğunlaşma vacibdir.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.

O bildirib ki, iqlim dəyişikliyi, məsələn daşqınlar və güclü yağışlar artıq gələcəyin problemləri deyil: "Bunlar artıq daha tez-tez baş verir və hər il daha da ciddi xarakter alır. Bu hadisələr infrastruktura ziyan vurur, evlərə təsir edir və insanların həyat keyfiyyətini aşağı salır."

Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə üz-üzədir. Buna görə də uyğunlaşma əsas prioritetlərimizdən biridir. Keçmişdə Azərbaycanda ildə təxminən 10-20 yağışlı gün olurdu. Bu gün isə bu rəqəm dəfələrlə artıb. İqlim dayanıqlığını artırmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi milli su strategiyası və digər dövlət inkişaf proqramlarına uyğun fəaliyyət göstərir.

Bizim işimiz təmiz su, iqlim fəaliyyəti və ətraf mühitin qorunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir. Eyni zamanda, 2024-cü ildə Azərbaycanda keçirilən COP29 zamanı qəbul edilən qərarlara da töhfə verir. Biz, həmçinin qarşıdan gələn COP31 üçün dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl şirkətlərlə birlikdə yeni uyğunlaşma layihələri hazırlayırıq.

O bildirib ki, eyni zamanda yalnız mühəndislik həlləri kifayət etmədiyini anlayırıq: "Müasir texnologiyalar və elm su idarəçiliyinin bir hissəsinə çevrilməlidir. Biz GIO texnologiyalarından və real vaxt məlumat sistemlərindən istifadə edərək avtomatlaşdırılmış monitorinq sistemlərini strateji şəkildə tətbiq edirik ki, daşqın və quraqlıqları daha yaxşı proqnozlaşdıraq."

Digər Xəbərlər
Bu gün / 15:02
|
718

Avropadakı istilər Azərbaycana gələcək?

Avropadakı rekord istilər Azərbaycana gələcək? Ekoloq Ənvər Əliyev hava proqnozları və iqlim dəyişikliyi barədə danışır.

0
Bu gün / 14:32
|
521

Məcburi köçkün ailəsi çətin vəziyyətdə: evə ilan-qurbağa girir

Abşeronda məcburi köçkün ailəsi 20 ildir yararsız vaqonda yaşayır, evə ilan-qurbağa girir. Dövlət Komitəsi yeni evlər vəd edir.

0
Bu gün / 14:01
|
807

Masazır və Sarayda qaz kəsiləcək

İyunun 30-da Masazır və Sarayda qaz kəsiləcək. Təmir işləri səbəbindən qaz təchizatı müvəqqəti dayandırılacaq.

0
Bu gün / 13:33
|
378

Sarı xəbərdarlıq: Küləkli hava

Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə küləkli hava ilə bağlı sarı xəbərdarlıq verib.

0
Bu gün / 13:31
|
448

Elektrikli retro faytonlar bulvarda

Bakı bulvarında elektrik mühərrikli retro faytonlar istifadəyə verildi. Ekoloji təmiz, müasir və nostalji gəzinti təcrübəsi üçün ideal.

0
Bu gün / 13:30
|
264

ADY yay qrafikinə keçir, reys sayı artır

ADY yay qrafikinə keçərək reys sayını artırır. Bakı-Qəbələ, Bakı-Ağstafa, Bakı-Balakən marşrutlarında yeniliklər.

0
Bu gün / 13:00
|
773

Səbinə Mehdiyevaya yeni vəzifə

Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edildi. O, əvvəllər Sumqayıt Musiqi Kollecinə rəhbərlik edib.

0
Bu gün / 12:32
|
496

Bakıda yararsız küçələr: sürücülər şikayətlidir

Bakının Nəsimi rayonunda Sübhi Salayev küçəsinin yararsız vəziyyəti sürücülərə çətinlik yaradır. Rəsmi qurumlar məsələyə müdaxilə etmir.

0
Bu gün / 12:31
|
803

Azər Mursaqulov idarə rəisini işdən çıxardı

Azər Mursaqulov Quba Rayon Statistika İdarəsinin rəisi Sahib Məmmədovu vəzifəsindən azad edib. Yeni təyinat hələ olmayıb.

0
Bu gün / 12:30
|
698

İyul ayı üçün hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti iyul ayı üçün hava proqnozunu açıqlayıb. Bakı, Naxçıvan, dağlıq və digər bölgələrdə temperatur və yağıntı gözləntiləri.

0
Bu gün / 12:03
|
570

Bakının mərkəzində söküntü işləri başladı - FOTO

AYNA Təbriz küçəsində söküntü işlərinə başladı. Layihə ilə piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat şəraiti yaxşılaşacaq.

0
Bu gün / 12:01
|
517

Bulvarda skuter düzməyə görə cərimə

Bakıda Bulvar ərazisində küçəyə skuter düzməklə piyadalara maneə törədən sahibkar 150 manat cərimələndi.

0
...
Daşqınlar hər il daha ciddiləşir | Bond.az