Dövlət Proqramının müsahibə mərhələsində qiymətləndirmə tam elektronlaşdırıldı.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, komissiya üzvlərinin qiymətləndirmələri ilk dəfə elektron sistem üzərindən aparılıb.
2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsində Xaricdə Təhsil İnformasiya Sistemi istifadə edilib.
Yeni mexanizm müsahibələrin daha şəffaf, operativ və etibarlı qiymətləndirilməsinə imkan yaradıb. Nəticələr avtomatik emal olunaraq insan səhvləri minimuma endirilib.
Elektron platforma bütün nəticələri vahid bazada toplayaraq izləmə və təhlili asanlaşdırıb.
Bu yenilik Dövlət Proqramında rəqəmsal həllərin genişləndirilməsi yolunda növbəti addım kimi dəyərləndirilir.












