Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Ölkədəki bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlanıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.












