Rusiyalı kardioloq Valeriya Bonadıkova elektrikli nəqliyyat vasitələrinin ürək-damar sisteminə mənfi təsirindən danışıb.
Oxu.Az xəbər verir ki, həkimin sözlərinə görə, ani sürətlənmə və vibrasiya paroksizmal taxikardiyaya səbəb ola bilər.
Bu, ürək döyüntüsünün dəqiqədə 140-220 vuruşa qədər artmasıdır. Tutmalar bir neçə saniyədən saata qədər davam edir.
Vibrasiya sinir sistemini aktivləşdirərək damarları daraldır və təzyiqi artırır. Sürətlənmə isə adrenalin buraxaraq aritmiya yaradır.
Xüsusilə acqarına, energetik içkidən sonra və ya yuxusuz gecədən sonra sürmək risklidir.












