Bu ilin yanvar-mart aylarında Azərbaycana 15 351 avtomobil idxal olunub ki, bu da ötən illə müqayisədə 33,1% azdır. Elektromobillərin idxalı isə 30,1% aşağı düşüb. Ekspertlər bu geriləmənin səbəblərini açıqlayıb.
Nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, əsas problem infrastrukturun zəif olmasıdır: enerji doldurma məntəqələri əsasən Bakı və Abşeronda cəmləşib, bölgələrdə isə sayı azdır. Həmçinin vergi güzəştlərinin ləğvi qiymətləri artırıb.
İqtisadçı Asif İbrahimli qeyd edib ki, güzəştlərin bitməsi öncəsi kütləvi idxal bazarda təklifi artırıb, indi isə bu "artıq təklif" həzm olunur. O, uzunmüddətli perspektivdə elektromobillərə marağın yenidən artacağını proqnozlaşdırır.












