İsmayıllının Ərəgit kəndində güclü yağışlar səbəbindən sel baş verib.
Çay daşıb, kəndin bir hissəsi su altında qalıb.
Kənd sakini Baku TV-yə bildirib ki, əsas problem əlaqənin kəsilməsidir.
O qeyd edib: "Müəyyən təsərrüfatlara ziyan dəyib, amma əsas problem əlaqənin kəsilməsidir."
Əgər yenidən sel olsa, kəndin aşağı hissəsi su altında qala bilər.












