Hərbi xidmət müddətinin azaldılması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müsahibəsində bildirib.
O qeyd edib ki, daha qısa müddətdə hərbi biliklərə yiyələnmək mümkün olarsa, məsələ müzakirə oluna bilər. Lakin hazırda bu gündəmdə deyil. Ödənişli hərbi xidmət də tətbiq edilmir.












