Bond.az White LogoBond.az Black Logo

Ət istehsalında yeni dövr: Qiymətlər necə tənzimlənəcək? - FOTO

Azərbaycanda ət istehsalının artırılması və maya dəyərinin azaldılması ilə qiymətlərin sabitləşdirilməsi hədəflənir. Dövlət Proqramı, investisiyalar və yerli yem istehsalı ilə bazarda tarazlıq yaradılacaq.

Arzu Qasımova
Müəllif:Arzu Qasımova- Senior Editor
|
0

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. O qeyd edib ki, məhz ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitliyə nail olmaq mümkündür. Hazırda ölkəmizin mal ətinə tələbatının 83.7 faizi, qoyun ətinə tələbatının 94.2 faizi, quş ətinə tələbatının isə 82 faizi yerli istehsal hesabına ödənilir. Hökumətin qəbul etdiyi yeni Dövlət Proqramında da ölkənin ət məhsulları üzrə özünütəminat səviyyəsinin daha da artırılması nəzərdə tutulur. Bütün bunlardan sonra ətin qiymətini tənzimləmək mümkün olacaqmı və bu, nə dərəcədə realdır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Daxili tələbat tamamilə yerli istehsal hesabına ödənəcək"

Milli Məclisin deputatı Azər Badamov Dövlət Proqramının qiymətlərin stabilləşməsinə effektiv təsir göstərəcəyini düşünür: "Azərbaycanda kənd təsərrüfatının strateji istiqamətlərindən biri olan heyvandarlıq sektorunun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı qəbul olunub. Sənəddə 2030-cu ilin sonunadək ölkənin ət və quş əti məhsulları üzrə özünütəminat səviyyəsinin artırılması, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər tam icra edilərsə, yaxın illərdə özünütəminat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksələcəyi və daxili tələbatın demək olar ki, tamamilə yerli istehsal hesabına ödənəcəyi şübhəsizdir. Ət bazarında qiymətlərin sabitləşdirilməsi üçün ilk növbədə idxaldan asılılıq azaldılmalı və daxili istehsal genişləndirilməlidir. Qiymətlər tələb və təklif əsasında formalaşdığından, bazarda təklifin artması onun sabitləşməsinə, hətta müəyyən hallarda ucuzlaşmasına səbəb ola bilər. Bunun üçün məhsuldarlığın artırılması, müasir heyvandarlıq təsərrüfatlarının yaradılması, yem bazasının gücləndirilməsi və istehsalın optimallaşdırılması vacibdir".

2.2 milyard manat həcmində dövlət investisiyası

A.Badamov bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatının inkişafına 2.2 milyard manat həcmində dövlət investisiyasının yönəldilməsi nəzərdə tutulur. Bu vəsait müasir heyvandarlıq komplekslərinin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, damazlıq işinin gücləndirilməsinə və məhsuldarlığın artırılmasına imkan verəcək: "Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da intensiv və qapalı təsərrüfatların qurulması ət və süd istehsalında ciddi artım yarada bilər".

"İstehsal xərcləri azaldılacaq"

Millət vəkilinin sözlərinə görə, hazırda sektorun əsas problemləri sırasında yem bazasının yetərincə inkişaf etməməsi, örüş və otlaq sahələrinin məhdudluğu, eləcə də innovativ texnologiyaların zəif tətbiqi yer alır: "Ətin maya dəyərinə təsir edən əsas amil isə yem xərcləridir. Xüsusilə quşçuluqda istifadə olunan yem komponentlərinin mühüm hissəsi xaricdən gətirildiyi üçün qlobal bazardakı bahalaşma daxili qiymətlərə birbaşa təsir göstərir. Bu baxımdan yerli yem istehsalının artırılması strateji əhəmiyyət daşıyır. Yem istehsalının genişləndirilməsi ət, süd, quş əti və yumurta istehsalında maya dəyərinin azalmasına ciddi təsir göstərə bilər. Uzunmüddətli qiymət sabitliyi də məhz istehsal xərclərinin aşağı salınması ilə bağlıdır. Dövlət Proqramının nəticələri mərhələli şəkildə hiss olunsa da, əsas iqtisadi təsirlərin 2030-cu ilə yaxın daha aydın görünəcəyi gözlənilir".

"Qiymət sabitliyi üçün risk olaraq qalır"

İqtisadçı Akif Nəsirlinin fikrincə, ət bazarında qiymətlərin inzibati qaydada sabit saxlanması çətindir. Lakin istehsalın artırılması və xərclərin azaldılması hesabına qiymət artımı tempini zəiflətmək və daha stabil bazar yaratmaq mümkündür:

"Bu yanaşma real görünür, amma nəticələr qısa müddətdə deyil, orta və uzunmüddətli perspektivdə özünü göstərəcək. Qiymətlərin tənzimlənməsi üçün əsas yol bazara birbaşa müdaxilə deyil, istehsal zəncirinin gücləndirilməsidir. Buraya yem bazasının genişləndirilməsi, heyvandarlıq təsərrüfatlarının modernləşdirilməsi, damazlıq işinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması və logistika xərclərinin azaldılması daxildir. Eyni zamanda, rəqabət mühitinin gücləndirilməsi və kiçik fermerlərin dəstəklənməsi də bazarın balanslaşmasına kömək edə bilər".

A.Nəsirlinin sözlərinə görə, hazırda ölkədə daxili tələbatın böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi müsbət göstəricidir: "Lakin yem asılılığı, artan xərclər və struktur problemlər qiymət sabitliyi üçün risk olaraq qalır. Əsas problemlərdən biri yem bazarının xarici və ya bahalı yerli komponentlərdən asılı olmasıdır. Bundan başqa, damazlıq heyvanların məhsuldarlığının aşağı olması, kiçik təsərrüfatların çoxluğu, su və otlaq resurslarının məhdudluğu da maya dəyərini artırır. Ətin maya dəyərində yem xərclərinin payı 60-70 faiz təşkil edir. Buna görə də yem istehsalının yerli və daha ucuz formada artırılması qiymətlərə təsir edə biləcək ən effektiv vasitələrdən biridir. Qarğıdalı, arpa, yonca və digər yem bitkilərinin məhsuldarlığı artırılarsa, idxaldan asılılıq azalacaq və istehsal xərcləri aşağı düşəcək. Lakin bu tədbirlərin nəticələri bir neçə mövsüm və ya il ərzində hiss olunacaq".

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...
Ət istehsalında yeni dövr: Qiymətlər necə tənzimlənəcək? - FOTO | Bond.az