Bond.az White LogoBond.az Black Logo

Eyvazxanbəyli kəndində yeni həyat

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev, uşaq bağçası, tibb mərkəzi və yollar tikilir. Müasir və təhlükəsiz həyat üçün bərpa layihələri.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Birinci mərhələ üzrə Eyvazxanbəyli kəndində ümumilikdə 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Planlaşdırılan evlər müxtəlif tip və ölçülərdə olmaqla bir, iki, üç, dörd və beşotaqlı olaraq tikiləcək.

Bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Təranə Quliyeva Baku TV-yə deyib.

O, kənddə yaradılacaq infrastruktur barədə də məlumat verib: "Kənddaxili yolların inşası layihəsi üzrə ümumi uzunluq 13,9 kilometr təşkil edir. Bundan əlavə, kənddə 120 yerlik uşaq bağçası, Ailə Sağlamlıq Mərkəzi və inzibati bina tikiləcək. Ümumilikdə Eyvazxanbəyli kəndi üzrə həyata keçirilən layihələr gələcəkdə müasir infrastruktura malik, rahat və təhlükəsiz yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edir".

Yenidənqurma işlərində çalışan Ağdam sakini Faiq Qurbanov da təəssüratlarını bölüşərək doğma yurdunda aparılan tikintidə iştirakından qürur duyduğunu vurğulayıb: "Fəxr edirəm ki, bu gün torpaqlarımız azaddır və mən də buradakı tikinti işlərində iştirak edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bir Ağdam sakini kimi ən böyük arzum hər zaman bu bərpa işlərinə töhfə vermək olub. Çox şadam ki, bu gün bu arzumu reallaşdırıram".

Digər Xəbərlər
Bu gün / 16:30
|
375

WUF13: Azərbaycan inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır. Bakıda keçirilən BMT Şəhərsalma Forumu qlobal mediada geniş işıqlandırılır.

0
Bu gün / 16:00
|
501

WUF13-də xarici jurnalistlər Şamaxıda

WUF13 çərçivəsində xarici media nümayəndələri Şamaxıda Cümə məscidi, Meysəri şərabçılıq kompleksi və Dəmirçilər kəndini ziyarət ediblər.

0
Bu gün / 15:46
|
573

WUF13-ün beşinci günü bitdi

WUF13-ün Bakıda keçirilən beşinci günü yekunlaşıb. Panellərdə dayanıqlılıq, mənzil siyasəti və Kəlbəcərin bərpası müzakirə olunub.

0
Bu gün / 15:30
|
418

Naxçıvan Turizm Departamenti ləğv olundu

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ləğv edilib. Naxçıvan İqtisadiyyat Nazirliyi ləğvetmə prosesini həyata keçirəcək.

0
Bu gün / 15:16
|
934

Naxçıvan tələbələri üçün magistratura imtahanı imkanı

Naxçıvanda magistratura imtahanı verən tələbələr iyunun 14-də Bakıda yenidən imtahan verə bilərlər. Qeydiyyat mayın 23-dək davam edir.

0
Bu gün / 14:46
|
744

Mehman Mehdiyev ASCO-dan ayrıldı

Mehman Mehdiyev ASCO-dan ayrılaraq Dövlət Statistika Komitəsinə keçib. Təxminən 10 il Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

0
Bu gün / 14:34
|
492

Kəlbəcərdə 10-dan çox SES istifadəyə verildi

Kəlbəcərdə 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Enerji təminatı və İstisu zavodu barədə ətraflı məlumat.

0
Bu gün / 14:33
|
329

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun qəbul cədvəli

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı il iyun ayı üçün qəbul cədvəli açıqlanıb. Bütün qəbul günləri və şəxslər burada.

0
Bu gün / 14:32
|
543

Kəlbəcərdə biznes hotel kompleksi tikilir

Kəlbəcər rayonunda 34 hektar ərazidə biznes hotel və istirahət kompleksi tikilir. 145 otaqlı hotel, restoran, hovuzlar və digər obyektlər özəl investisiyalarla inşa ediləcək.

0
Bu gün / 13:48
|
508

Məsim Məmmədov: Azərbaycan davamlı inkişaf edir

Məsim Məmmədov BMT Forumunda Azərbaycanın davamlı inkişafı və post-münaqişə yenidənqurmasından danışdı.

0
Bu gün / 13:34
|
296

Rusiya: WUF13 gənclər üçün vacib platformadır

Rusiya nümayəndəsi Nikita Tsukin WUF13-ün gənclər arasında qarşılıqlı əlaqə üçün vacib platforma olduğunu bildirib. Forumda Azərbaycanla əməkdaşlıq müzakirə edilib.

0
Bu gün / 13:19
|
852

Ukrayna şəhər bərpası icra mərhələsində

UNECE rəhbəri Tamara Fortes Ukrayna şəhərlərinin bərpasının konsepsiyadan icraya keçdiyini bildirib. Xarkov və Nikolayevdə layihələr davam edir.

0
...
Eyvazxanbəyli kəndində yeni həyat | Bond.az