Deputat Fariz İsmayılzadə bildirib ki, Qarabağa qayıdış üçün etibarlı məlumatlara ehtiyac var.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxış edərək qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır.
Yeni şəhər və kəndlər salınır. Ən vacib məsələlərdən biri insanların doğma yurdlarına təhlükəsiz qayıdışıdır.
Bunun üçün onların iqtisadi fəaliyyəti, ailə quruluşu, peşə və təhsil bacarıqları barədə etibarlı məlumatlar lazımdır.
Hazırda 80 min keçmiş məcburi köçkün Qarabağa qayıdıb. Onlar artıq orada yaşayır, təhsil alır və çalışırlar.












