Bond.az White LogoBond.az Black Logo

Fərhad Abdullayev: Süni intellekt insan hüquqları standartlarına uyğun qiymətləndirilməlidir

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev süni intellektin inkişafının insan hüquqları standartları çərçivəsində qiymətləndirilməli olduğunu vurğulayıb.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərir.

Oxu.Az-a istinadən xəbər verilir ki, bu fikirləri "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

O qeyd edib ki, süni intellekt artıq təkcə texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib.

"Bu proses bir tərəfdən dövlət xidmətlərinin səmərəliliyinin artırılması, məlumatların operativ emalı, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və ictimai idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Digər tərəfdən isə, şəxsi məlumatların qorunması, hüquqi məsuliyyətin müəyyən edilməsi, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışları meydana çıxarır."

Məhz bu səbəbdən süni intellektin inkişafı və tətbiqi məsələsi hüquqi dövlət prinsipləri, konstitusiya təminatları və beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməlidir.

F.Abdullayev bildirib ki, bu yanaşma Azərbaycan Respublikasının konstitusiya hüquq sistemində də öz əksini tapıb: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilib."

Bu gün Azərbaycanda süni intellekt sahəsində həyata keçirilən siyasət dövlətin rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" ölkəmizdə bu sahənin inkişafına dair vahid strateji baxışı müəyyən etmişdir.

Strategiyada süni intellekt ekosisteminin formalaşdırılması, innovasiyaların təşviqi, yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və etik-hüquqi çərçivənin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu sənəd yalnız texnoloji tərəqqiyə yönəlmiş proqram xarakterli sənəd deyil, eyni zamanda insan hüquqlarının, şəffaflığın, hesabatlılığın və insan nəzarəti prinsipinin qorunmasını əsas götürən müasir idarəetmə fəlsəfəsinin təzahürüdür.

Bu baxımdan, süni intellekt texnologiyalarının tətbiqində başlıca meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir. İnsan hüquqlarına təsir edən hər bir texnoloji mexanizm qanunçuluq, legitim məqsəd, proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun fəaliyyət göstərməlidir.

Digər Xəbərlər
Bu gün / 10:32
|
544

AYB-yə qəbul dayandırıldı

Azərbaycan Yazıçılar Birliyi 2027-ci ilə qədər yeni üzvlərin qəbulunu dayandırıb. Üzvlük haqqı 15 manat olmaqla, ödəniş etməyənlər xaric edilib.

0
Bu gün / 10:31
|
794

Agentliyin departament müdiri SOCAR-da yüksək vəzifəyə təyin olundu

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Yalçın Niftiyev SOCAR-da vitse-prezidentin müavini təyin olundu.

0
Bu gün / 10:30
|
881

Sumqayıtda su kəsilməsinin səbəbi açıqlandı

Sumqayıtın 18-ci mikrorayonunda su kəsilməsinin səbəbi qəza ilə bağlıdır. Təmir işləri axşam tamamlanacaq.

0
Bu gün / 10:01
|
684

Sabah çimərliklərdə hava necə?

Abşeron çimərliklərində sabah hava şəraiti: iyunun 19-da küləkli, dəniz suyu 21-24° dərəcə isti.

0
Bu gün / 10:01
|
546

Həyətdəki quyulara görə ödəniş? Rəsmi cavab

Həyətdəki quyulara görə ödəniş edilib-edilməyəcəyi barədə rəsmi açıqlama. ADSEA bildirib ki, ödəniş yalnız sahibkarlar üçündür.

0
Bu gün / 08:32
|
381

İƏT: Süni intellekt insan münasibətlərini əvəz etməməlidir

İƏT rəsmisi Hadi bin Əli əl-Yami Bakı sammitində süni intellektin insan hüquqları çərçivəsində inkişaf etdirilməli olduğunu vurğulayıb.

0
Bu gün / 08:30
|
285

Rəna Məmmədova TƏBİB-də müşavir təyin edildi

Rəna Məmmədova TƏBİB İcraçı direktorun müşaviri təyin edildi. O, tibb üzrə fəlsəfə doktorudur.

0
Bu gün / 08:30
|
744

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıtda tanınmış tarix müəllimi Qalib Məmmədov vəfat edib. O, 33 nömrəli məktəbdə çalışırdı.

0
Bu gün / 08:03
|
274

Yanlış ölçmələr sağlamlıq riski yaradır

Xamis Seyranov: Yanlış laborator ölçmələri insan sağlamlığı üçün risk yaradır. Metroloji xidmətlərin rolu mühümdür.

0
Bu gün / 07:31
|
999

Pensiyaların ödəniləcəyi tarix açıqlandı

İyunun 19-da respublika üzrə pensiyaların tam ödəniləcəyi tarix açıqlandı. Güzəştli pensiya ödənişləri də həmin gün köçürüləcək.

0
Bu gün / 06:30
|
518

Evlənənlər boşananları üstələdi

2025-ci ilin ilk 4 ayında Azərbaycanda nikah və boşanma statistikası açıqlanıb.

0
Bu gün / 06:00
|
293

Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi

Azərbaycan əhalisinin sayı 10 milyon 270 min nəfərə çatıb. Dövlət Statistika Komitəsi məlumat yayıb. Artım 0.1 faiz olub.

0
...