Bond.az White LogoBond.az Black Logo

FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi

FHN küləkli və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Təhlükəsizlik qaydaları və xəbərdarlıqlar.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...