Füzuli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərovun nəşi tapılaraq dəfn olunub.
Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra qalıqlar Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Rafiq Cəfərov 1973-cü il təvəllüdlü olub, 1993-cü il iyulun 27-də Cuvarlı kəndi istiqamətində itkin düşmüşdü.












