Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "General Hospital"da vətəndaşa saxta sağlamlıq arayışı verilməsi iddiası ilə bağlı araşdırmaya başlayıb.
Oxu.Az bu barədə "Unikala"ya istinadən xəbər verir.
Mərkəzdən bildirilib ki, məsələ nəzarətdədir və araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, aidiyyəti müəssisə ilə bağlı əvvəllər də tədbirlər görülüb.












