Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən keçirilən "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.
"Global Media Group"un 6 əməkdaşı müxtəlif nominasiyalarda qalib olub.
Oxu.Az-ın əməkdaşı Məhərrəm Əliyev ən yaxşı reportaj nominasiyasında seçilib.
"Report" agentliyinin əməkdaşı Sevil Gülməmmədova ən yaxşı ictimai-siyasi təhlil nominasiyasını qazanıb.
Səlcuq Elçin ən yaxşı jurnalist araşdırması nominasiyasında qalib olub.
Aygün Cəfərova "Kaspi" qəzetindən ən yaxşı müsahibə nominasiyasında fərqlənib.
Ceyhun Piriyev və Sünbül Hüseynova da (BakuTV) qaliblər siyahısında yer alıb.












