Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük tariflərində yaxın zamanda dəyişiklik gözlənilmədiyini açıqlayıb.
O bildirib ki, hazırda tariflərin azaldılması və ya yeni güzəştlər gündəmdə deyil. Lakin mövcud azadolmaların iqtisadi təsiri qiymətləndirilir.
2025-ci ildə ölkəyə 18.1 milyard dollar dəyərində idxal edilib. Bunun 29.5 faizi ƏDV, 52.5 faizi gömrük rüsumu güzəştlərindən yararlanıb. Ümumi azadolma həcmi 3 milyard 424 milyon manat olub.
Güzəştlər əsasən sənaye avadanlıqları, ehtiyat hissələri və aralıq məhsullara şamil edilir. Məqsəd yerli istehsalı və ixrac potensialını gücləndirməkdir.












