Göyçay rayonunda ağır yol qəzası baş verib. Qəzada 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva həyatını itirib.
Məlumata görə, Elmira Feyzullayeva Göyçay rayon 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub.
Qəza zamanı digər dörd nəfər xəsarət alıb. Yaralılar arasında 1968-ci il təvəllüdlü İmran Əmrahov, onun bacısı Mehriban Əmrahova, sürücü Arzu Feyzullayeva və 2016-cı il təvəllüdlü L. Feyzullayeva var. Onlar xəstəxanaya yerləşdirilib.












