Göygöl rayonunun Yeni Qızılca kəndinin sakinləri uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkir.
Bəzi sakinlər su ilə təmin olunsa da, digərləri dəfələrlə müraciət etməsinə baxmayaraq müsbət cavab almayıb.
Vətəndaşlar bildirir: "Suyumuz çox kirlidir, borular tez-tez tıxanır, ağaclar quruyur."
Yerli sakinlər təklif edir ki, su idarəsi texnika versə, onlar da maddi yardım edə bilər.












