Bond.az White LogoBond.az Black Logo

Göygöldə örüş sahəsi qalmaqalı

Göygöldə örüş sahəsi qalmaqalı: yerli sakinlər başqa rayonlardan gələn şəxslərin örüş sahələrini zəbt etməsindən şikayətçidir.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Göygöl rayonunun Aşıqlı kənd sakinləri örüş sahələrinin başqa rayonlardan gələn şəxslər tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Onların sözlərinə görə, örüş sahələri iri sürülər tərəfindən zəbt edildiyi üçün yerli əhali mal-qarasını otarmaqda ciddi çətinliklərlə üzləşir.

"Burada mal-qara saxlamaq olmur. Qəbiristanlığa ziyarətə də gedə bilmirik. Gedən adamlara it hürür. Belə olmaz axı. Müsəlmanıq. Qəbiristanlığı ziyarət etməyə getməyək?! Qonşunun oğluna beş it hücum etmişdi, çomaqla güclə ayırdıq", - deyə sakinlərdən biri bildirib.

Onlar qeyd edirlər ki, son yağışlardan sonra bitən otu da iri sürülər yediyindən kənd əhalisinin heyvanları üçün yem çatışmazlığı yaranır.

Baku TV-nin məlumatına görə, məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, şikayət edilən fermer Elman Telmanov Aşıqlı kənd sakinidir və kənd ərazisində müvəqqəti olaraq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayır.

Vurğulanıb ki, o, qanunvericiliyin tələblərinə uyğun olaraq kəndin ümumi istifadəsində olan örüş və otlaq sahələrindən istifadə edir. Ona məxsus heyvanlar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən qeydiyyata alınıb və Göygöl Baytarlıq və Heyvan Sağlamlığı Mərkəzi tərəfindən müvafiq baytarlıq xidmətləri ilə təmin olunur.

Əlavə edilib ki, həmin sakin heyvanları aran zonasından yaylağa aparmaq məqsədilə hava şəraiti ilə əlaqədar olaraq müvəqqəti şəkildə kənd ərazisində yerləşdirib. Yaxın günlərdə heyvanların yaylağa köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı sakinlər Daxili İşlər Nazirliyinə də müraciət ediblər. Nazirliyin Gəncə regional qrupundan bildirilib ki, "102" xidmətinə daxil olan müraciət əsasında tərəflər arasında baş verən insidentlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Digər Xəbərlər
Bu gün / 12:31
|
644

Bakıda 67 saziş imzalanıb - 6 milyard dollar

Bakıda İslam İnkişaf Bankının 51-ci illik toplantısında 6 milyard dollarlıq 67 saziş imzalandı.

0
Bu gün / 12:30
|
976

Hövsanda avtobusla Changan toqquşdu: xəsarət yox

Hövsanda sərnişin avtobusu ilə Changan toqquşmasında xəsarət alan olmayıb. Polis araşdırma aparır.

0
Bu gün / 11:30
|
786

Üç gün güclü külək əsəcək

Azərbaycanda iyunun 20-22-dək güclü külək əsəcək. Sarı və narıncı xəbərdarlıq verilib, küləyin sürəti 28.4 m/san-dək çatacaq.

0
Bu gün / 11:00
|
732

Ağdam qəzasında yaralıların vəziyyəti açıqlandı

Ağdam qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti qənaətbəxşdir, müalicələri davam edir.

0
Bu gün / 10:01
|
699

Sürücülər niyə məcburi qayda pozuntusuna yol verirlər?

Deputat Hikmət Babaoğlu sürücülərin məcburi qayda pozuntusuna yol vermə səbəblərini açıqlayıb.

0
Bu gün / 09:31
|
252

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah Abşeron çimərliklərində hava şəraiti: mülayim külək, dəniz suyu temperaturu şimalda 22-23, cənubda 24-25 dərəcə.

0
Bu gün / 09:02
|
635

Culfada yanğın qurbanı qadın öldü

Culfada iyunun 11-də baş verən yanğın zamanı ağır xəsarət alan qadın xəstəxanada həyatını itirib.

0
Bu gün / 09:02
|
913

Sabah 39° isti olacaq - 20.06.2026

Sabah Azərbaycanda havanın 39° isti olacağı gözlənilir. Bakıda və regionlarda yağmursuz, dağlıq ərazilərdə qısamüddətli yağış ehtimalı var.

0
Bu gün / 08:30
|
252

Gəncədə müəllim vəfat etdi

Gəncədə Aşıq Ələsgər adına 36 nömrəli məktəbin hərbi hazırlıq müəllimi, Vətən müharibəsi iştirakçısı Rüstəm İsayev vəfat edib.

0
Bu gün / 08:02
|
312

Zaqatalada KIA ilə Opel toqquşdu, xəsarət var

Zaqatalada KIA və Opel toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə səhər saat 09:00-da baş verib.

0
Bu gün / 08:02
|
292

Laçınov: Hər beş avtomobildən biri standartlara uyğun deyil

Mirzə Laçınov: Azərbaycanda hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına uyğun deyil. Utilizasiya proqramı və elektron portal haqqında məlumat.

0
Bu gün / 07:31
|
262

Borc mübahisələrində yazılı sübutlar qüvvədədir

Konstitusiya Məhkəməsi fiziki şəxslər arasında borc mübahisələrində yazılı sübutların əsas götürülməsi ilə bağlı qərar qəbul edib. Qərar borc müqavilələrinin yazılı sübutlarla təsdiqlənməsinə imkan yaradır.

0
...
Göygöldə örüş sahəsi qalmaqalı | Bond.az