Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Gülnar Qəhrəmanova kollektivə təqdim olunub.
Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində bakalavr, magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin proqramı çərçivəsində Vaşinqtonda təlimdə iştirak edib.
O, 2006-cı ildə Ağstafada kimya-biologiya müəllimi kimi işə başlayıb. 2022-2026-cı illərdə Ağstafa rayonunda direktor vəzifəsində çalışıb.
G.Qəhrəmanova Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Görüşdə kollektivin sualları cavablandırılıb.












