Türkiyənin məşhur müğənnisi Haluk Levent Bakıda çıxış edərək fəlakət xəbərdarlığı edib.
O, WUF13 çərçivəsində deyib: "Təhlükəsiz şəhərlər belə böyük fəlakətlərlə üzləşə bilər. Biz bunu Türkiyədə yaşadıq".
Levent bildirib ki, beynəlxalq yardımların çatdırılmasında böyük maneələr var. Buna görə yeni yardım şəbəkəsi yaratmaq istəyir.
Onun sözlərinə görə, "HLF Chain" platforması vasitəsilə yardım təşkilatları daha sürətli dəstək göstərə biləcək.
Çıxışdan sonra Levent konsert proqramı ilə iştirakçıları əyləndirib.












