Baku TV-nin "Amin" verilişində yazıçı Mirmehdi Ağaoğlu "Həcc gündəliyi" kitabı və Həcc ziyarəti ilə bağlı təəssüratlarını bölüşüb.
O, 56 dərəcəlik rekord istidə insanların bu ağır ibadətə yönəlməsinə səbəb olan daxili hissiyyatdan, ritualların simvolik mənalarından və müasir dünyanın mənəvi böhranlarından danışıb.
Ziyarətin simvolik ayinlərdən ibarət olduğunu vurğulayan yazıçı bildirib ki, şeytanın orada fiziki mövcud olmadığını bilə-bilə daş atırıq: "Biz o ayinləri simvolik şəkildə həyata keçiririk. O bizə günahdan uzaq durmağı öyrədir. Yəni günah və ya şeytan sənə yaxınlaşanda ona daş atmalısan".
Dünyada xeyir və şər qarşıdurmasından, dəyərlərin deformasiyasından danışan yazıçı postmodernizm fəlsəfəsinə və insanların mənəvi sarsıntılarına toxunub. O qeyd edib ki, Auşvitz düşərgəsində qalan bir yəhudi "ay Allah, səndən şikayət edəcəyəm" yazmışdı. Bu, insanların şokunun dərinliyini göstərir.











