Yəmənin Yenidən Qurulması və İnkişafı üzrə Səudiyyə Proqramının baş direktorunun köməkçisi Həsən Alattas, Oxu.Az-a müsahibəsində Azərbaycan haqqında təəssüratlarını bölüşüb.
O, Azərbaycanın çox gözəl ölkə olduğunu vurğulayıb: "İnsanlar olduqca qonaqpərvərdirlər. Forum mükəmməl şəkildə təşkil olunub".
Alattas bildirib ki, forum çərçivəsində müxtəlif ölkələrdən olan ekspertlər bir araya gələrək mövcud problemləri, qarşıda duran çağırışları və həll yollarını müzakirə edirlər. O, əmin olduğunu bildirib ki, forumun sonunda insanların həyatını asanlaşdıracaq və hər bir ölkə ilə icmanın ehtiyaclarına uyğun mənzil modellərinin hazırlanmasına töhfə verəcək faydalı həllər ortaya qoyulacaq.












