Hindistan bələdiyyə istiqrazlarının buraxılmasına daha 100 şəhərin cəlb edilməsi imkanını nəzərdən keçirir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Mənzil İnşaatı və Şəhərsalma Korporasiyasının (HUDCO) sədri Sancay Kulşrestha Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş panel müzakirəsində bildirib.
O qeyd edib ki, hazırda Hindistanın 22 şəhəri artıq bələdiyyə istiqrazlarının buraxılışını həyata keçirib. "Emissiyaların ümumi həcmi təxminən bir milyard ABŞ dollarına çatıb. Gələcəkdə bu prosesə daha 100 şəhərin qoşulması planlaşdırılır", - deyə o vurğulayıb.












